ELAZ.İNFO xəbər verir ki, Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xalq şairi Xəlil Rza Ulutürkün doğum günü münasibətilə “Tariximizin Xəlil Rza Ulutürk səhifəsi” adlı tədbir keçirilib.
Tədbir Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Salyan rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının, Salyan rayon Mədəniyyət Mərkəzinin, və Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin birgə təşkilatçılığı həyata keçirilib.
İlk öncə vətən müharibəsi şəhidlərin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru Səidə Əliyeva tədbiri giriş sözü ilə açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verib. O, şairin kitabxananın fondunda olan kitablarından danışıb və milli azadlıq ideyası ilə yoğrulmuş Xəlil Rza Ulutürk poeziyasının, elmi və ədəbi irsinin əsillər üçün örnək olduğunu və hər zaman öz aktuallığını saxladığını bildirib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının məsləhətçisi Vüqar Ağayev,MCP-Salyan təşkilatının sədri Ruslan Məmmədov,Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimli, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayon üzrə nümayəndəsi Şamxal Əhmədov, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon Komitəsinin sədri Vəfa Məmmədova, Şair-publisist, “Qələbə” qəzetinin əməkdaşı Əzizağa Məmmədli, tarixçi-tədqiqatçı Sahib Həsənov, şair publisist rayon ziyalısı Zabil Pərviz, Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, 2 saylı tam orta məktəbin müəllimi Günel Orucova, şairin qohumları və Mədəniyyət nümayəndələri iştirak edib.
İştirakçılar çıxışlarda azadlıq atəşinin, coşğun azadlıq ehtirasının X.R.Ulutürk poeziyasının aparıcı motivini təşkil etdiyini qeyd edib və şairin lirikanı siyasi mübarizənin ideya silahına çevirdiyini, xalqın milli duyğularını, milli bütövlüyünü tərənnüm etdiyini xüsusi vurğulayıblar.
Daha sonra şairin həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş olunub.
Kitabxana və Mədəniyyət Mərkəzinin bədii qiraətçiləri şeirlər səsləndirib.
Mədəniyyət Mərkəzinin solistləri şairin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.
Sonda qonaqlar şairin xatirələrindən bəhs edərək, tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib və bu tədbiri Azərbaycan poeziyasına verilən qiymət kimi dəyərləndiriblər.
Ruslan MƏMMƏDOV
Salyan