Vyetnam hökuməti Vaşinqtona, ABŞ-dan idxal olunan məhsullar üzərindəki bütün gömrük rüsumlarını ləğv etməyi təklif edib.
ELAZ. İNFO xəbər verir ki, bununla bağlı məlumatı “Bloomberg” xəbər agentliyi öz səhifələrində tirajlayıb.
Məlumata görə, bu təklif, Vaşinqtonun Vyetnama tətbiq etdiyi əlavə gömrük rüsumlarını ləğv etməsi müqabilində irəli sürülüb.
Agentlik qeyd edib ki, müvafiq təklif məktubu ABŞ Prezidenti Donald Trampa Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam tərəfindən göndərilib.
Esmira RƏHİMOVA