Vüqar DADAŞOV: -Tramp Zəngəzur məsələsində distansiya saxlayır

ABŞ Ukraynaya silah tədarükünü, yardımını bərpa edib

Politoloq Vüqar Dadaşov ELAZ.İNFO-ya bildirib ki, “əgər ABŞ prezidenti Donald Trampın dövlətlərarası və ümumən beynəlxalq münasibətlərdə əsas iqtisadi maraqları önə çəkdiyini və xüsusən də Çinlə iqtisadi mübarizəsini nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinə nəzarət ABŞ-ıniqtisadi maraqlarına uyğundur və Çinin Orta Dəhlizdən istifadə etməklə Avropaya çıxışına mane ola bilər”.

Vüqar Dadaşov həmçinin qeyd edib ki, “nəzərdən qaçmamalıdır ki, Trampın Ermənistan-Azərbaycan, bütövlükdə Cənubi Qafqaz məsələsinə nəhayət lazımi diqqət yetirməsi, onun Rusiya Prezidenti Putinlə telefon danışığından sonra baş verdi. Həmçinin, həmin danışıqdan sonra Trampın Rusiyaya münasibətinin dəyişdiyi müşahidə olunur. ABŞ Ukraynaya da silah tədarükünü, yardımını da bərpa edib. Tramp Rusiya ilə münasibətləri normallaşdırmaq, Rusiya-Ukrayna müharibəsinə son vermək niyyəti ilə Rusiyanın maraq dairəsində olan Zəngəzur, ümumən Cənubi Qafqaz məsələsindən müəyyən distansiya saxlayırdı”.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights