Site icon

Vlodimir Zelenskini Bakıya rəsmi səfəri

ELAZ.İNFO

Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Vlodimir Zelenskini Qəbələyə rəsmi səfərə dəvət etməsi, onunla olduqca mehriban və səmimi ikitərəfli və nümayəndə heyyəti ilə birgə görüşlərin keçirilməsi, hərbi və texniki sahələri əhatə edən 6 sənədin imzalanması, bütün bu hadisə, iqtisadi, siyasi və geosiyasi məna yükü daşıyaraq olduqca əhəmiyyətlidir. İqtisadi və siyasi əhəmiyyəti məlumdur. Hər iki tərəfin siyasi və iqtisadi mövqelərinin güclənməsinə xidmət edir. Bu hadisənin daha təsirli və böyük güclərə ötürdüyü məna yüklü ismaricləri, geosiyasi müharibələr gedən dünyada olduqca əhəmiyyətlidir. Məlumdur ki, Ukrayna dörd ildən çoxdur ki, iki böyük geosiyasi güc mərkəzinin öz maraqları iddiasılə müharibə meydanına çevrilib. Müasir dünyada Ukrayna kimi Fələstin də, İran da geosiyasi döyüş meydanına çevrilib. Şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyev strateji düşüncəsi ilə olduqca cəsarətli siyasət apararaq güc qanunlarının meydan oxuduğu indiki zamanda geosiyasətin postulatlarını bir kənara qoyaraq, beynəlxalq qanunları rəhbər tutub, Ukrayna prezidenti ilə geniş tərkibdə Bakıda görüşlər keçirib. Bu hadisə ilə Cənab İlham Əliyev dünya güclərinə və bütün ölkələrin rəhbərlərinə olduqca düşündürücü mesaj göndərir ki, dayanın! Dünyanı fəlakətə aparmayın! Nə qədər mövcud olan beynəlxalq qanunları pozub idialarla müharibə aparsaz da, bizim üçün beynəlxalq qanunlar yenə də birinci qanundur! Mən Ukrayna prezidentinin Bakıda yüksək səviyyədə qəbul olunması hadisəsinin, belə bir geosiyasi məna yükündə olduğunu görürəm. Bəzi “ağzıgöyçək” rus siyasətciləri belə şərh verib fikir bildirə bilər ki, bu hadisə, İlham Əliyevin ABŞ-a və Avropaya xoş gəlməsi üçün apardığı siyasətdir. Belə düşünən rus və ya digər siyasətcilər, ziyalılar ancaq hadisəyə geosiyasi müharibələr düşüncəsilə bu prizmadan baxanlardır. Belə düşüncə sahiblərinə bildirmək istyirəm ki, Rusiyanın təsir zonasında olan İran da geosiyasi müharibə meydanıdır. Bu vəziyyətdə olan İrana da Azərbaycan Prezidentinin göstərişi ilə yardımlar və xoş münasibətlər göstəriib və göstərilir. Düşünürəm ki, Azərbaycan Prezidentinin Ukrayna Prezidetini Bakıya dəvən edərək yüksək səviyyədə qarşılanması, bütün dünya dövlətlərinin rəhbərlərinə həm də bir “beynəlxalq qanunlara əməl edin” çağırışıdır! Düşünürük ki, bu hadisənin özü də qütübləşən dünyada, yeni dünya nizamının qurulması uğrunda gedən prosesdə düşüncə mərkəzlərinə, bütün dövlətlərə və beynəlxalq təşkilatlara ötürülən olduqca önəmli mesajdır! Bu mesjlar daha ədalətli dünya nizanın qurulmasında olduqca əhəmiyyətlidir.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Exit mobile version