Vladimir Putin atəşkəs elan etdi

ELAZ.İNFO xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin pravoslav Pasxası münasibətilə müvəqqəti atəşkəs rejiminin tətbiq olunması barədə qərar qəbul edib. Kreml mətbuat xidmətinin məlumatına görə, atəşkəs aprelin 11-i saat 16:00-dan aprelin 12-si günün sonuna qədər qüvvədə olacaq. Rusiya tərəfi Ukraynanın da bu nümunəyə tabe olaraq döyüşləri dayandıracağına ümid etdiyini bildirib.

Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarına əsasən, Müdafiə naziri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimova bütün istiqamətlərdə döyüş əməliyyatlarını dayandırmaq barədə göstəriş verilib. Bununla belə, hərbi birləşmələrə qarşı tərəfdən gələ biləcək hər hansı təxribatın və ya təcavüzkar addımın qarşısını almaq üçün tam döyüş hazırlığında olmaq tapşırılıb.

Pasxa bayramı ilə əlaqədar tətbiq olunan bu rejim hərbi əməliyyatlar zonasında olan mülki əhalinin dini ayinləri yerinə yetirməsi üçün şərait yaratmaq məqsədi daşıyır. Rusiya rəhbərliyi bu addımı xüsusi hərbi əməliyyat dövründə atılan vacib humanitar jestlərdən biri kimi qiymətləndirir. Beynəlxalq birlik isə tərəflərin bu müddət ərzində sükut rejiminə nə dərəcədə əməl edəcəyini yaxından izləyir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights