Vitkoff Netanyahu ilə Qəzza və İranı müzakirə etdi

ELAZ.İNFO xəbər verir ki, Trampın xüsusi elçisi Vitkoff İsraildə. Netanyahu ilə Qəzza və İranı müzakirə etdi.

Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff ilə görüşdə İsrail Baş naziri Netanyahu İranla artan gərginliyi və Qəzzada hücumlarla pozduqları atəşkəsi müzakirə etdi.

İsrail Baş nazirinin ofisindən Vitkoffun İran xarici işlər naziri Abbas Əraqçi ilə qarşıdan gələn görüşü ilə bağlı verilən açıqlamaya görə, Netanyahu “İran dəfələrlə vədlərinə əməl etmədiyini sübut edib” deyə iddia etdi.

İkinci mərhələsinə qədəm qoyan Qəzzada atəşkəs razılaşmasına toxunan Netanyahu Vitkova bildirib ki, “Həmas tərksilah edilənə, Qəzza zolağı silahsızlaşdırılana və ordu döyüş məqsədlərinə çatana qədər” bölgədə yenidənqurma səylərinin başlamayacağı faktından güzəştə getməyəcəklər.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights