Macarıstan-Ukrayna dron qalmaqalına Zelenskinin sərt münasibətindən sonra Viktor Orban söyləyib ki, “Ukrayna müstəqil ölkə deyil və suveren dövlət deyil. Onu Qərb saxlayır. Ukrayna özünü elə aparmamalıdır ki, sanki o suverendir.
O ruslarla müharibədə ərazisinin beşdə birini itirib. Ruslar bunu onlardan alıblar. Orada suverenitet bitib. Qalan ərazini biz saxlayırıq. Əgər Qərb bir sent də verməmək qərarına gələrsə, Ukrayna bağlanar, yoxa çıxar, itər”.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi