ELAZ.İNFO, BAKI, 16.05.2025.
ELAZ.İNFO xəbər verir ki, may ayının 13, 14, 15 və 16 may tarixlərində Xətai Sənət Mərkəzində 28 may- Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” adlı Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri acılmışdır.
Məlumat üçün bildirək ki, festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmidar Cəmiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinin, Naxçıvan Rəssamlar Birliyiin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutmuşdur.
“Mənim gözlərimlə Azərbaycan!” mövzusunda keçirilən festivalın əsas məqsədi milli vətənpərvərliyin təbliği idi.
Festival Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin Azərbaycanı daha yaxından tanınmasına və sevməsinə xidmət məqsədilə reallaşdırılmışdır.
Qeyd edək ki, müsabiqəyə Azərbaycandan və bir çox xarıcı ölkələrdən, o cümlədən, ABŞ, Belarus, İran, Türkiyə, Qazaxıstan. Rusiya. Çin, Peru, Hindistan, Miyanmardan 2000-ə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qatılmışdır. Ümumilikdə sərgilərdə 900-ə yaxın əsər sərgilənmişdir.
Əvvəlcədən elan olunmuş yerli və xarici rəssamlardan ibarət seçim heyyəti tərəfindən 10 ballıq sistem üzrə aparılan seçimdə əsasən mövzuya uyğunluq nəzərə alınmaqla, yanaşma, kompozisiya, rəng həlli əsas götürülməklə aparılmış və sonda hər müəllifdən bir əsər olmaqla sərgilənmişdir.
Əsəri sərgilənən iştirakçılara sertifikatlar təqdim edilmişdr.
Əcnəbilər tərəfindən email ünvanına göndərilən əsərlər arasından seçilmiş əsərlər tərəfimizdən çap edilərək çərçivədə olmaqla sərgilənmiş və müəlliflərə sertifikatlar göndərilmişdir.
Müsabiqə və festivalda iştirak ödənişsiz aparılmışdır.
P.S. Yeri gəlmişkən qeyd edək ki, müsabiqədə yer tutmuş və sertifikat almış müəlliflərdən biri də
12 yaşlı Dəniz Rəhimlidir. O 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi PHŞ “Təsviri incəsənət dərnəyinin şagirdidir. Dərnəyin gənc rəssamlarının bu sərgidə müvəffəqiyyətlə iştirak etməsində və nailiyyətlər qazanmalarında dərnəyin rəhbəri: Səmra Muxtarlının böyük əməyi vardır.
Onu da bildirək ki, Dəniz Rəhimlinin müsabiqəyə təqdim etdiyi əsər belə adlanırdı:- ”Sülhə uzanan əl ”.
TƏBRİK EDİRİK!




Esmira RƏHİMOVA
