Vienna Strauss Bakıda konsert proqramı ilə çıxış edəcək


ELAZ.İNFO xəbər verir ki, 2025-ci il oktyabrın 16-da Vienna Strauss Philharmonie Orchestra Bakıda konsert proqramı ilə çıxış edəcək.
Kollektiv Motsart, Brams, Haydn,Rossini, Albinoni, Ştraus sülaləsinin əsərlərindən ibarət proqram təqdim edəcək.
Orkestr 2014-cü ildə dünyaca məşhur Motsart Orkestrinin qurucusu Gerald Grünbacher (Vyana, Avstriya) tərəfindən yaradılmışdır.
Orkestrin dirijoru — uzun və uğurlu karyeraya malik, istedadlı və xarizmatik maestro Andraş Deakdır.
Bu tur üçün Avstriya, Macarıstan, Yaponiya, Ukrayna, Almaniya, Polşa, Tayvan, Xorvatiya və Kiprdən olan 27 musiqiçi xüsusi münsiflər heyəti tərəfindən seçilmişdir.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights