ELAZ.İNFO xəbər verir ki, Venesuelada Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması və saxlanılması ilə bağlı keçirilən hərbi əməliyyatdan sonra ölkədə vəziyyət kritik olaraq qalır. ABŞ rəsmiləri əməliyyatın uğurla başa çatdığını bildirsələr də, paytaxt Karakasın bəzi hissələrində hələ də atışma səsləri eşidilməkdədir.
Pentaqonun rəhbəri Pit Heqset bu gün verdiyi bəyanatda bildirib ki, keçirilən əməliyyat “Venesuela xalqının azadlığı və regionun təhlükəsizliyi üçün atılmış zəruri bir addımdır”. Eyni zamanda, ölkədə yeni müvəqqəti hökumətin qurulması və qanunverici orqanın (Milli Assambleya) fəaliyyətinin bərpası üçün hazırlıqlar başlayıb. Beynəlxalq müşahidəçilər Venesuelanın neft sənayesinin yenidən dünya bazarına açılmasının qlobal iqtisadiyyata təsirini müzakirə edirlər.
Ruslan MƏMMƏDOV