ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın baş prokuroru Pam Bondi ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun başına verilən mükafatı artırdığını açıqlayıb.
Bondi sosial mediada paylaşdığı videoda Maduronu narkotik kartelləri və Tren de Aragua və Sinaloa kimi terror təşkilatları ilə əməkdaşlıqda ittiham edib.
ABŞ Dövlət Departamenti daha əvvəl Maduro haqqında məlumat verənə 25 milyon dollar mükafat təklif etmişdi.
“Maduronun ədalətdən qaçmayacağını və törətdiyi ağır cinayətlərə görə cavab verəcəyini” bildirən Bondiyə görə, Donald Tramp administrasiyası mükafatı 50 milyon dollara çatdırıb.
Venesuela ABŞ-ın bu addımına hələ cavab verməyib.
İlahə BAYINDIR
