ELAZ.İNFO xəbər verir ki, Nikolas Maduronun ABŞ tərəfindən həbsindən sonra Venesuelada hakimiyyəti müvəqqəti icra edən Delsi Rodriqez artıq ilk kəskin bəyanatlarını səsləndirib. Karakasın ABŞ-a cavabı iki əsas istiqamətdə formalaşır: Venesuela rəhbərliyi Maduronun aparılmasını “beynəlxalq oğurluq” və “suverenliyə qəsd” adlandırıb. Ölkədə fövqəladə vəziyyət elan olunub, ordu tam döyüş hazırlığına gətirilib. Daxildəki radikal qüvvələri və ordunu vahid cəbhədə birləşdirmək, ABŞ-a “aslı olmayacağıq” mesajını vermək. Dünyanın ən böyük neft ehtiyatlarına malik olan Venesuela bu resursdan şantaj vasitəsi kimi istifadə edə bilər. Karakas ABŞ neft şirkətlərinin fəaliyyətini tamamilə dayandırmaq və hasilatı azaltmaqla qlobal bazarda qiymətləri sıçratmaq gücündədir. Trampın “neft sahələrini biz idarə edəcəyik” bəyanatı isə Karakasda “iqtisadi müstəmləkəçilik” kimi qiymətləndirilir. Venesuela BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Rusiya, Çin və İran bu məsələdə Karakasın yanındadır. Çin artıq bu hadisəni “beynəlxalq hüququn kobud pozulması” adlandıraraq ABŞ-a xəbərdarlıq edib. Venesuela hərbi baxımdan ABŞ-la qarşıdurmaya girməyəcək qədər zəif olsa da, Delsi Rodriqez rejimin sağ qalması üçün Vaşinqtonla gizli danışıqlara da açıq qala bilər.
Ruslan MƏMMƏDOV