ELAZ.İNFO xəbər verir ki,Cəbrayıl RİH-in şəhər icra nümayəndəsinin müavini, Ruhid Qaçay oğlu Mehdiyev səhər saatlarında iş yerinə gəlib və qəfil halı pisləşib. O, iş otağında dünyasını dəyişib.
1977-ci il təvəllüdlü R.Mehdiyev iki dəfə ağır ürək əməliyyatı keçiribmiş. Son vaxtlar səhhətində problem yarandığından o, mütəmadi müalicə alırmış. Bu gün səhər saatlarında iş yerinə gələn R.Mehdiyev otağında dünyasını dəyişib.
Bu barədə Cəbrayıl Rayon İcra Hakimiyyəti məlumat verib.
Aydan ŞƏRBƏTOVA