Vəzifəli şəxs həbs olunub

ELAZ.İNFO xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.

Belə ki, rayonun Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü A.İsgəndərov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Zaur Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights