Vətənini və dövlətini canı qədər sevən, gənc yaşına baxmayaraq öz zəhməti, biliyi və yüksək insani keyfiyyətləri ilə seçilən Rüfət Məmmədov, müəllim adını şərəflə daşıyan, cəmiyyətin gələcəyini formalaşdıran fədakar bir ziyalıdır. O, Ağdaş rayonunun Cavanşir Şirinov adına Hüşün kənd ümumi orta ümumtəhsil məktəbində tarix müəllimi kimi çalışır və hazırda direktor səlahiyyətlərini icra edir. Həyatını təhsilə, elmə və gələcək nəsillərin sağlam ruhda böyüməsinə həsr edən bu dəyərli müəllim həm pedaqoji fəaliyyətində, həm də ictimai işlərdə öz sözünü deməyi bacaran vətənpərvər bir şəxsiyyət kimi tanınır.
Rüfət Məmmədov sadəcə tarix fənnini tədris etmir, o, şagirdlərinə tarixi sevdirir, onlarda milli kimlik, dövlətə bağlılıq və vətən sevgisi formalaşdırır. Onun dərsləri yalnız biliklə deyil, ruh yüksəkliyi ilə də seçilir. Hər bir şagirdlə fərdi yanaşma qurmaq bacarığı, uşaqlarla uşaq, böyüklərlə böyük kimi davranma qabiliyyəti onu məktəb ictimaiyyətində sevilən, hörmət edilən bir müəllimə çevirib. Bu keyfiyyətləri sayəsində o, həm valideynlərin, həm də şagirdlərin etimadını qazanmış, nüfuzlu bir müəllim obrazı yaradıb.



O, həm də təşkilatçılıq bacarığı ilə fərqlənir, məktəbdaxili və məktəbdənkənar tədbirlərin yüksək səviyyədə keçirilməsinə nail olur.
Rüfət müəllim daim öz üzərində çalışan, təhsili və elmi hər şeydən üstün tutan bir şəxsdir. Onun magistr dərəcəsi alması da bunun bariz nümunəsidir. Bu uğur, onun elmi fəaliyyətə, müasir təhsil tələblərinə uyğun inkişaf etməyə olan istəyi və əzmi ilə bağlıdır. Yalnız təhsildə deyil, ictimai-siyasi fəaliyyətində də fəal olan Rüfət Məmmədov Yeni Azərbaycan Partiyasının fəal üzvüdür və bu partiyanın ideyalarını, xüsusən də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik siyasətini qürurla dəstəkləyir. O, dövlətçiliyə sadiqliyi, milli-mənəvi dəyərlərə bağlılığı ilə həm gənclərə nümunə olur, həm də ziyalı təbəqəsinin güclü nümayəndəsi kimi cəmiyyətə faydalı töhfələr verir. Peşəkarlığı, prinsipiallığı və liderlik bacarığı ilə seçilən Rüfət Məmmədov daha böyük kollektivə rəhbərlik etməyə layiq bir şəxsdir. Onun təhsil sahəsindəki uğurları, pedaqoji fəaliyyətə olan sevgi və sadiqliyi bu istiqamətdə onun qarşısında yeni imkanlar açır. Gənc olmasına baxmayaraq, artıq böyük işlərə imza atan bu tarixçi müəllim, gələcəyin parlaq elm və təhsil xadimlərindən biri kimi tanınır və tanınmağa da layiqdir. Bu cür vətənpərvər, savadlı, əqidəli müəllimlərin varlığı bizim cəmiyyətimizin gələcəyinə inamı artırır. Rüfət Məmmədov kimi ziyalılar sayəsində milli ruhda tərbiyə olunan gənc nəslin yetişməsi təmin olunur, xalqımızın tarixi, dəyərləri və müstəqilliyi qorunur və daha da möhkəmlənir.
Günel GÜNTAC