Vətəndaşlar cana yığılıb

Xırdalan sakinləri pəncərədən bir vedrə su atmağa peşimandırlar.

Xırdalan şəhərində pəncərədən bir vedrə su at, 28-ci məhəllənin “Kristal Abşeron”-1 yaşayış kompleksindən, AAAF park yaşayış kompleksinə qədər bütün işıqlar söndürülür.

Mən artıq 10 ildir Xırdalan şəhərində yaşayıram, bu on il ərzində hər həftədə bir dəfə bu hal baş verir.

Vətəndaşların çox saylı şikayətinə baxmayaraq bu vəziyyət artıq vətəndaşları cana yığıb.

Azərenerjinin rəhbərliyindən xahiş edirik ki, bu vəziyyətə bir əncam çəksinlər.

Əfsuslar olsun ki, yağışdan yağmamağı isə xahiş edə bilmirik.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights