Vətəndaş Cəmiyyəti İnstitutlarının nümayəndələri Bondadır

ELAZ.İNFO xəbər verir ki, Almaniyanın Bonn şəhərində UNFCCC Yardımçı Qurumlarının (SB 62) 62-ci sessiyası keçirilir.

Sessiya 16 iyun tarixindən 26 iyun tarixinədək olan dövrü əhatə edəcəkdir. Bu iqlim konfransı uyğunlaşma, təsirin azaldılması, iqlimin maliyyələşdirilməsi və şəffaflıq kimi əsas məsələlər üzrə danışıqları inkişaf etdirmək üçün Elmi və Texnoloji Məsləhətlər üzrə Yardımçı Orqanı (SBSTA) və İcra üzrə Yardımçı Orqanı (SBI) bir araya gətirir.

Yeri gəlmişkən bildirək ki, SB 62-nin nəticələri COP30-un gündəliyinin formalaşdırması baxımdan xüsusi önəm daşıyır. Konfrans həmçinin qlobal iqlimlə bağlı qərarların qəbulu proseslərinə daxil olan danışıqlar, hazırlıq müzakirələri və qeyri-rəsmi məsləhətləşmələri təmin edir.

Konfransda Azərbaycanı QHT nümayəndələri olaraq “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli, Qadın, İnkişaf və Gələcək İB-nin sədri Gülşən Axundova və “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova təmsil edir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights