ELAZ.İNFO xəbər verir ki, 23 iyul – Penitensiar sistemin Qeydiyyat şöbəsi (xüsusi şöbə) işçilərinin peşə bayramıdır.
Məlumat üçün bildirim ki, tarixi 1918-ci ilə RSFSR Xalq Ədliyyə Komissarlığının “Cəza tədbiri kimi həbs və onun çəkilmə qaydası haqqında” qərarına qədər gedib çıxan bu sahə, illər ərzində inkişaf edərək müasir cəza icra sisteminin mühüm və ayrılmaz hissəsinə çevrilmişdir. Məhz Qeydiyyat şöbəsi əməkdaşlarının dəqiq, məsuliyyətli və sistemli fəaliyyəti sayəsində xüsusi kontingentin uçotu, yerləşdirilməsi və hərəkətinə nəzarət hüquqi baxımdan tam təmin olunur.
Sizin işiniz səssiz, lakin olduqca strateji və vacib bir missiyanı özündə ehtiva edir. İntizam, hüquqi bilik və yüksək mənəvi məsuliyyət tələb edən bu peşədə göstərdiyiniz xidmət hər zaman dəyərləndirilməlidir.
Peşə bayramınız mübarək! Sizə möhkəm can sağlığı, ailə səadəti, işinizdə uğurlar və dövlətə, xalqa sədaqətlə xidmət yolunda daim irəliləməyi arzulayıram. Vətən və qanun naminə gördüyünüz hər bir işdə uğurlarınız bol olsun!
Əli İBRAHİMOV