Vəsatət təmin olundu

Elaz.info Respublika Baş Prokurorluğuna istinadən bildirir ki, 2002-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Trofimova Anastasiya Vitalyevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin  Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsi əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.V.Trofimova cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights