ELAZ.İNFO xəbər verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq olunub.
Yığıncaqda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub.Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.
Vəkillik fəaliyyətinə xitam verilən Adəm Məmmədovdur. Keçmiş vəkil həmkarı Ceyhun Yusifova böhtan atmaqda təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qanuni qüvvəyə minib.
Aydan