ELAZ.İNFO xəbər verir ki, 23 fevralda güclü qar fırtınası Nyu York şəhərini faktiki olaraq iflic etdi və bölgəyə xeyli qar yağdırdı. Şəhərin bəzi rayonlarında qarın hündürlüyü 55 sm-ə çatırdı. Həftənin sonuna qarın əriməsi gözlənilir. Şiddətli şaxtalardan sonra belə güclü qar şəhər üçün son 10 ilin rekordudur.
Meqapolis belə mürəkkəb iqlim şəraitinə hazır deyildi. Şəhər işçiləri qarı təmizləməkdə çətinlik çəkirlər. Həmçinin şəhərdə zibil də ildən-ilə artır, meriyanın kommunal təsərrüfatı onların təmizlənməsini çatdıra bilmirlər. Şəhərin yeni meri Zohran Mamdani işə qarışmağa məcbur olub. O, şəhər sakinlərinə müraciət edərək, təmizlik işlərində kömək etməyi xahiş edib. Bu şərtlə ki:
-işləmək üçün şəhər sakini olduğunu təsdiq edən sənəd (məsələn, Social Security kartını) təqdim edilməlidir;
-hər iş saatına görə $19 ödənəcək.
Bu şərtlər dərhal sosial mediada istehza dalğasına səbəb oldu.
Nyu York şəhərində heç bir sənəd olmadan seçkilərdə səs vermək olar. Mamdani özü və onun təmsil etdiyi Amerika Demokratik Sosialistləri də sənədsiz səsvermə hüququnu fəal şəkildə müdafiə edirlər. Belə çıxır ki, qeydiyyatsız səsvermədə iştirak etmək olar, lakin qar və ya zibil təmizləyən işləmək olmaz?! Mamdani Nyu Yorku qeyri-leqal miqrantlar üçün sığınacağa çevirəcəyini vəd etmişdi, amma onlara iş verilməyəcəksə, o sığınacağın nə əhəmiyyəti var?
Nyu York şəhərində saatlıq orta əmək haqqı $30-dır. Aydındır ki, təmizlik işləri ixtisassız işçilər tələb edir deyə əmək haqqı ortadan aşağı ola bilər. Lakin Mamdani seçki kampaniyasında şəhər üzrə minimal əmək haqqını $30-a qaldıracağını söz vermişdi.
Vəd vermək həmişə asandır…
Asif ŞƏFƏQQƏTOV