ELAZ.İNFO xəbər verir ki, bu gün görkəmli siyasi və hərbi xadim Kazım Karabekir Paşanın anım günüdür.
O, Naxçıvanın, Iğdırın, Karsın, bütövlükdə Şərqi Anadolunun qurtarıcısıdır. 78 il öncə məhz bu gün əbədiyyətə qovuşmuşdur. 1919-cu ildə Osmanlı ordusunun Şərq cəbhəsinə komandanlıq edən Kazım Karabekir Paşa Naxçıvanın erməni-daşnak işğalından qorunmasında, bu bölgənin tarixi Azərbaycan torpağı olaraq qalmasında müstəsna xidmətlər göstərib. Necə ki, Paşanın qızı dəyərli Timsal xanım haqlı olaraq deyirdi: ”Bu gün Naxçıvanda kimdən Karabekiri soruşsan, atası kimi sevdiyini deyəcək”.
Paşamızı anım günündə sevgi və sayğı ilə anırıq!
N.B