ELAZ.İNFO Sizə yarı zarafat, yarı gerçəyə söykənən, dillərdə, ağızlarda dolaşan bir lətifəni təqdim edir:
1950-ci ildə amerikalı mühəndislər Türkiyəyə gəlib bəzi inşaat lahiyələrinə rəhbərlik edirlərmiş. O vaxt hələ Türkiyədə yolların çəkilişi üçün lazımi texnika və kadr yox imiş. Yolların çəkilişində uzunqulaqdan istifadə edilirmiş. Adətən uzunqulağı yoxuşa sürür, arxasından istiqamet ölçülür və uzunqulağın ayaq izlərinə nişan qoyaraq ölçü müəyyənləşdirilirmiş.Bunu görən amerikalı mühəndis olan-bitəni başa düşməyərək sual verir:
-Bu işçilər nə edir?
– Yolun istiqametini müəyyən edirlər.
-Necə yəni? Başa düşmədim.
-Uzunqulaq 7% -dən çox meyllik olduqda getmir. Biz də uzunqulağın addım izlərinə mismar vurub yolun istiqamətini tapırıq.
Bu cavabdan sonra amerikalı mühəndis dayanmadan gülməyə başlayır. Daha sonra yenə sual verir:
-Bəs uzunqulaq tapmayanda nə edirsiniz?
Türk işçi cavab verir:
– Uzunqulaq tapmayanda da Amerikadan mühəndis dəvət edirik.