ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın görkəmli dövlət xadimi, Ağqoyunlu hökmdarı Uzun Həsən 1478-ci ilin bu günü həlak olub.
Uzun Həsən 1423-cü ildə indiki indiki Türkiyə torpaqlarındakı Diyarbəkir vilayətində dünyaya gəlib. Muş vuruşmasında (1467) Cahan şahı məğlubiyyətə uğradan Uzun Həsən Qaraqoyunlu dövlətinə son qoyaraq, Mahmudabad döyüşündə isə Əbu Səidə qalib gələrək, Teymurilər dövlətini zəiflədib.
Onu da deyək ki, indiki Azərbaycan və fars torpaqlarının da daxil olduğu geniş bir ərazini öz hakimiyyəti altında birləşdirib, paytaxtı Təbriz olan böyük Ağqoyunlu dövlətini yaradıb.
Məlumat üçün bildirək ki, 45 yaşında hakimiyyətə gələn Uzun Həsən ölkənin iqtisadi həyatını dirçəltmək və vergi toplanmasını nizama salmaq üçün xüsusi “Qanunnamə” hazırlayıb.
Uzun Həsən tarixdə həm də mədəniyyət hamisi olaraq tanınır.
Əli İBRAHİMOV