Üzücü xəbər aldıq

ELAZ.İNFO xəbər verir ki, böyük türk mütəffəkiri, professor İlber Ortaylı vəfat etdi.

İlber Ortaylı 1947-ci ildə doğulub. 1965-ci ildə Ankara Atatürk Liseyini bitirib. Ankara Universiteti Siyasi elmlər fakültəsini və Ankara Universiteti Dil və Tarix-coğrafiya fakültəsinin tarix bölümünü bitirib. Vyana Universitetində slavyanşünaslıq və şərqşünaslıq ixtisasları üzrə təhsil alıb. Professor Xəlil İnalcıqla birlikdə Çikaqo Universitetində magistr işi yazıb. Professor ilbər ortaylı Vyana, Kembric, Qüds, Oksford, Berlin və Moskva Universitetlərində dərs deməklə yanaşı, seminar və konfranslar da təşkil edib. Alman, ingilis, fransız, rus və fars dillərində yazışmalar apara bilirdi.
İlber Ortaylı bu kitabında insanın həyatdakı məqsədini necə müəyyənləşdirməli, qarşısına hansı hədəfləri qoymalı, gələcəyini necə planlaşdırmalı,öz potensialından necə istifadə etməli olduğunu ətraflı izah edir. O özümüzə hər gün verdiyimiz və cavabını tapmaqda çətinlik çəkdiyimiz sualları tarixdə iz qoymuş böyük mütəfəkkirlərin əsərlərinin süzgəcindən keçən və minilliklərlə meydan oxuyan qiymətli kəlamlarını da əlavə etməklə öz şəxsi təcrübəsinin və dərin biliklərinin işığında cavablanıdırıb. “İnsan gələcəyini necə qurmalı?” kitabı həyat təcrübəsini bölüşməyi özünə borc bilən bir intellektualın oxucularına yol göstərmək, özünü inşa etmək və cəmiyyəti ayağa qaldırmaq üçün Platon, Seneka, Siseron Fərabi kimi dahilərdən ilhamlanaraq və Yenal Bilgicinin suallarını cavablanıraraq təqdim etdiyi bələdçidir.
İlber Ortaylı yazır: “Təcrübə – yaş artdıqca, diqqət yetirildiyi və yaddaşa yaxşı yazıldığı zaman insanı rahatlığa aparan, yaxınlarınızı da qorumağınıza yaraya biləcək bir element və ya amildir.”

İlber Ortaylı: “İnkişafın vacib mexanizmlərindən biri təhsildir. Türkiyədə təhsil əlçatmaz deyil, amma keyfiyyəti mükəmməl deyil. Buna etirazı olan varmı? Yox. Keyfiyyət niyə azalır? Türkiyədə təhsil 150 ildir keyfiyyətcə inkişaf etmişkən son yarım əsrdir niyə enişə keçib? Çünki bu cəmiyyət təhsilin nə olduğunu 150 ildir qavraya bilməyib. Məsələ yalnız məktəb açmaqda, müəllim yetişdirməkdə deyil; cəmiyyət təhsillə nələrin olacağını, məqsədini, hədəfini anlaya bilməyib.Bunu anlaya bilməyən cəmiyyətlər istənilən halda batır. Ciddi olaraq anlayan cəmiyyətlər isə davam edir. “Əfəndim, bütün dünyada təhsildə geriləmə var” deyirlər. Xeyir, yoxdur! Məsələn, Fransada Universitetlərdə geriləmələr var, amma böyük liseylərdə, “Grandes ecoles” deyilən ali məktəblərdə yoxdur. Oralarda mədənçilik, administratorluq, idarəçilik hələ də tədris edilir. Məsələn Rusiyada General Frunzenin adını daşıyan hərbi akademiya, habelə əvvəlki kimi MQİMO (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) Stalindən bəri eyni məhsuldarlıqla diplomat və idarəçi yetişdirir. Xüsusi elit əməkdaşlar yetişdirən məktəblər davam edir. Ciddi cəmiyyətlər bəzi övladlarını mütləq yetişdirir. Məsələn, İsrail ənənəvi olaraq Qərb dünyasında yeri olan bir ölkədir və təhsilin inkişafını davam etdirir, hər hansı bir geriləmədən söhbət gedə bilməz. Təhsili davam etdirə bilməsə, ayaq üstə dura bilməz; bunu da bilir. Təşkilat və ictimai məkanlardan söz açmışdıq. Bu da bənzər problemdir. Həyatiliklərini necə davam etdirəcəkləri cəmiyyətimizdə böyük ölçüdə sorğulanmayıb. “Bu məkan bu gün var, amma sabah necə olacaq?” sualını heç kəs vermir. Belə olduğu üçün də məkanlar ayaq üstə dayana bilmir”.


Etibar Əliyev

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights