Ust Luqa hələlik layihə gücünə çatdırılmayıb

2021-ci ildə ABŞ kalium gübrələri istehsal edən “Beroruskaliy” şirkətinə qarşı sanksiya tətbiq etdi. Şirkət gübrəni dünya bazarlarına Litva d/yolları ilə daşıyaraq Baltik dənizinin Klaypeda limanından çıxarırdı. 2021-ci il fevralın 1-dən Litva Belorusdan gübrə tranzitini dayandırdı, lakin sanksiya altında olmayan başqa məhsulları daşıyırdı.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 2022-ci il martın 6-da Ai Rusiya və Belorusu bir çox şirkətinə, o cümlədən “Beloruskaliy”ə sanksiyalar tətbiq etdi. Litva ilə yanaşı Latviya da əvvəl sanksiyalşadırılmış şirkətlərin məhsullarını, təxminən, 1 il sonra isə sanksiya altında olub-olmamasından asılı olmayaraq bütün yükləri daşımaqdan imtina etdilər. Rusiya və Belorusa guya ziyan vurmaq üçün özlərini milyardlarla mənfəətdən məhrum etdilər (birbaşa ziyanı Aİ-dən subsidiya kimi alırlar).

Rusiya yüklərini Baltik dənizi ilə göndərmək üçün Leninqrad vilayətinin Ust Luqa limanından istifadə etməyə başladı. Litva və Latviyanın imtinası nəticəsində Ust Luqaya düşən yük həcmi və çeşidi artdığı üçün onu genişləndirməyə başladı – indiyədək orada yenidənqurma işləri davam edir: yeni terminallar tikilir, əvvəlkilərin gücü artırılır, terminaladək yeni d/yolları çəkilir, vaqon parkı artırılır, liman dərinləşdirilir, yeni gəmilər tikilir və s. İndi Belorus da yüklərinin bir hissəsini bu limana göndərir. Lakin Ust Luqa hələlik layihə gücünə çatdırılmayıb.

Davam edir…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights