Uşaqlarınıza bilmədən zərər verməyin

ELAZ.İNFO xəbər verir ki, son zamanlarda bir çox analar kəpəkli çörəyin uşaqlar üçün uyğun olduğunu düşünürlər. Ancaq böyüklərdən fərqli olaraq kəpəkli məhsullar uşaqların inkişafına mənfi təsir göstərir. Həddindən artıq kəpəkli qida dəmir və kalsium kimi uşaqların inkişafında əhəmiyyətli olan mineralların itirilməsinə gətirib çıxarır.

Həmçinin uşaqlara yüngül süd məhsulları da verirlər. Yetkinlər üçün sağlam qidalanma sayılan yüngül süd məhsulları uşaqların inkişafı üçün uyğun deyil. Çünki uşaqların beyin inkişafı üçün doymuş yağ turşularına ehtiyacı var və bu yağ turşuları yüngül süd məhsullarında yoxdur. Qatqıları olan məhsulların uşağınızın sağlamlığına mənfi təsir etdiyini unutmayın.

Adilə VƏLİYEVA Pediator

Bizimlə oxuyun
Verified by MonsterInsights