Uşaqlarımıza nələri öyrətməliyik?      

Uşağa əsasən orta siniflərdən başlayaraq nə öyrətmək lazımdır? Həyat bilgisi, ümumi dünya görüşü, dünyadakı trendləri bilməlidir? Bilməlidir. Mənəvi dəyərləri sistemli şəkildə öyrənməlidir? Öyrənməlidir.

Ən azından beynəlxalq dil olan İngilis dilini yaxşı öyrətmək lazımdır? Lazımdır.

Komputer dilləri ilə bir səviyyəyə qədər tanış olmalıdır? Olmalıdır.

Tənqidi düşüncəsi olmalıdır? Olmalıdır.

Yaradıcılıq, incəsənət zəkası inkişaf etməlidir? Etməlidir.

İdmanla məşğul olmalıdır? Olmalıdır.

Araşdırma qabiliyyəti olmalıdır? Olmalıdır.

Təqdimat bilməlidir? Bilməlidir.

Ünsiyyət prinsiplərini öyrənməlidir? Öyrənməlidir.

Maliyyəsini idarə etməyi öyrətmək lazımdır? Lazımdır.

İctimai məsuliyyət, etika dərsləri almalıdır? Almalıdır.

Keçdikləri fənnlərin qayəsini, mahiyyətini daha öncədən bilməlidir? Bilməlidir.

Siyahını uzatmaq olar…

İndi mənə bir nəfər desin görüm andıra qalmış təhsil sistemimizdə bunların biri öyrədilirmi?!!!

Bəzən deyirlər ki, məktəblərə qarşı çox sərtsən. İnanın, hələ mən yumşaq ifadə edirəm. Sistem o qədər yararsızdır ki, bunu görməmək üçün kor olmaq lazımdır.

Elçin HƏSƏN

Bizimlə oxuyun
Verified by MonsterInsights