ELAZ.İNFO xəbər verir ki, xərçəng xəstəliyindən vəfat etmiş amerikalı yazıçı Erma Bombek, ölümündən əvvəl bunları qələmə almışdır.
Həyatımı yenidən yaşaya bilsəydim əgər:
- Xəstə ikən yatağa girər vә istirahət edərdim.
- Mən olmadığım zaman hər şey pisə gedəcək deyə düşünməzdim.
- Gül şəklindəki çəhrayı şamı saxlamaz, yandırardım.
- Daha az danışar, amma daha çox dinlərdim…
- Yerlər çirklənsə, masa örtüm ləkələnsə belə, daha çox dostlarımı axşam yeməyinə dəvət edərdim.
- Qonaq otağında televizora baxarkən, popcorn yeyərdim. Yerlər ləkə olacaq deyə qorxmazdım.
- Mənə gəncliyini izah etməyə çalışan atama daha çox vaxt ayırardım.
- Ərimin məsuliyyətlərini daha çox paylaşardım.
- Saçım pozulmasın deyə, avtomobilin şüşəsinin açılmasına qarşı çıxmazdım.
- Ətəyimin ləkələnilməsinə baxmadan çəmənlərə oturardım.
- Televizora baxarkən daha az, həyata baxarkən daha çox ağlar və gülərdim.
- “Ömür boyu zəmanətlidir” deyilən heç bir şeyi satın almazdım.
- Hamiləliyimin bir an əvvəl sona çatıb, doğum etməyi diləmək yerinə, hamilə olduğum hər anın dadını çıxarar və içimdə bir canlı saxlamağının nə qədər möcüzə olduğunu fərq edərdim. Bu o qədər nadir bir hadisə ki… Möcüzə kimi bir şey.
- Uşaqlarım məni öpmək istədiklərində, əsla “Əvvəl get əllərini, üzünü yu” deməzdim.
- Onlara daha çox “səni sevirəm”, ondan da daha çox “üzr istəyərəm” deyərdim.
- Amma başqa bir həyat verilsəydi ən çox edəcəyim şey, hər dəqiqəsini qiymətləndirmək olardı.
- Diqqətlə bax. Həqiqətən gör. Yaşa. İmtina etmə.
- Kiçik şeylər üçün şikayət etməkdən imtina et.
- Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı. Bunun yerinə, əlaqələrimi gücləndirməyə çalışardım.
- Sahib olduğunuz ruhi, fiziki və romantik hər şey üçün şükr edin.
- Tək bir həyatınız var və bir gün sona çatır. Ümid edirəm hər gününüzü qiymətləndirərsiniz.
Materialı hazırladı:
Esmira RƏHİMOVA