Cinsi anomaliyaların yaradılması və yayılması üçün həmin XARİC bizə nə edir. Özü də heç nədən çəkinmədən, gün-gündən daha böyük hızla edir. Bəzi mütəxəssislərin fikrincə, bizə göndərilən və ya onların texnologiyası ilə ölkəmizdə hazırlanan qida məhsullarının tərkibinə cinsi azğınlıq yaradan fermentlər vurulur. Bəzi dərman preparatlarının tərkibinə də həmçinin.
Azərbaycanın qida sınayesinin çox böyük bir hissəsi “Qarabağ” futbol klubunun sposoru monopolist “Azərsun” şirkətinin əlində cəmləşib. Şirkət vaxtilə ölkədəki xaosdan istifadə edərək Azərbaycan bazarına gəlmiş bir əcnəbi ailəyə mənsubdur. Yediyimiz qidaların tərkibi haqda heç bir rəsmi qurumun rəsmi açıqlamasına rast gəlmirik. Halbuki, hər bir assortiment üzrə belə açıqlamalar hər ay KİV tribunalarından xalqa çatdırılmalıdır. Marketlərimizdəki ağartı məhsullarının, o cümlədən kərə yağının tərkibində süd seqmentləri ya cüzi miqdarda, ya da yerli-dibli yoxdur. “Maqdonalds” və digər fast-fud müəssilərində sel kimi axıdılan dad aromatizatoru ketçupun, eləcə də Coca-cola kimi içkilərin tərkibi çox şübhəlidir. Qida bazarının dövlət tərəfindən ciddi şəkildə qorunmaması uşaqlarda cinsi azğınlığa, yaşlı adamlarda isə kütləvi ürək-damar xəstəliklərin yaranmasına səbəb olur. Ölkənin reklam bazarına baxmaq da bu qənaətə gəlməyə əsas verir.
Uşaqları öldürməyin, yaşadığınız şəraitdə gün-gündən artan virusları öldürün. Onda bəlkə nicat yolu tapıla, yoxsa aqibətimiz dəhşətli ola bilər.
Səfər ALIŞARLI
