Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. ELAZ.İNFO AQUPDK-ya istinadən xəbər verir ki, bu məsələ yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Sözardı: Qüvvədə olan eyni adda qanuna əsasən, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.
N.B