ELAZ.İNFO Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, aprelin 17-də Ağsu şəhər 4 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqlarda Vətən sevgisi və milli kimlik şüurunun formalaşdırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini Kənan Tacızadə, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Rayon Polis Şöbəsinin əməkdaşı Ağacan Əlabbasov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. O da diqqətə çatdırlıb ki, dövlətin gələcək inkişaf taleyini müəyyən edən uşaqlarda vətənpərvərlik hisslərinin tərbiyəsi önəmlidir.
Tədbir müzakirələrlə davam etdirilib.