3–6 yaş dövründə uşağa pulun nə olduğu, necə qazanıldığı və necə xərclənməli olduğu konkret ifadələrlə öyrədilməlidir. İlk növbədə valideynlər uşaqlarına qənaət etməyi öyrətməli və bu mövzuda özləri nümunə olmalıdırlar. Pulun hər şeyi ala bilmədiyini; dürüstlüyün, mərhəmətin, yardımsevərliyin, vətən sevgisinin, ailə bağlarının və dini dəyərlərin hər şeydən üstün olduğunu uşağa aşılamaq, pulun məqsəd yox, gündəlik bir vasitə olduğunu dərk etməsinə kömək edəcəkdir.
Valideyn uşağa pulun asan qazanılmadığını aydın və konkret ifadələrlə izah etməlidir. Uşaqlar cib xərcliyi almalı və xərclərini bu cib xərcliyi ilə etməlidirlər. Pulunu özünə məxsus kumbarada yığması, almaq istədiyi şeyi həmin pulla alması uşağa həm məsuliyyət hissi qazandıracaq, həm də qənaət etməyi öyrədəcəkdir.
Oyuncaq mağazasına gedildikdə valideynlərin bəzən
“Pulunuz yoxdur, bu gün yalnız oyuncaqlara baxa və oynaya bilərsən, amma ala bilmərik”və ya
“Yalnız bir oyuncaq almaq haqqın var, seçim sənindir”
kimi ifadələrlə yanaşmaları uşağa sərhədlər daxilində azadlıq təqdim edərək doyumsuzluğun qarşısını almağa kömək edir.
Ali Kamal Maboçoğlu