Uruqvay evtanaziyanı qanuniləşdirən ilk Latın Amerikası ölkəsi oldu

ELAZ.İNFO xəbər verir ki, Uruqvay Senatı dünən evtanaziyanı cinayət hesabından çıxaran qanunu qəbul edib. Bu qərarla Uruqvay, əsasən katoliklərin yaşadığı Latın Amerikasında evtanaziyanı qanuniləşdirən ilk ölkə oldu.

Associated Press-in (AP) məlumatına görə, yeni qanun terminal və ya ciddi xəstəliklərlə mübarizə aparan xəstələrə həyatlarına tibbi yolla son qoymaq hüququ verir.

On ildən çox əvvəl ölkə eynicinsli nikahları və abortları qanuniləşdirdi və eyni zamanda dünyada marixuananın istirahət məqsədilə istifadəsini qanuniləşdirən ilk ölkə oldu.

Bu addımla Uruqvay dünyada evtanaziyanı qanuniləşdirən bir neçə ölkəyə qoşulur.

Oxşar addımlar regionun digər ölkələrində də atılıb; Kolumbiya və Ekvador yüksək məhkəmə qərarları ilə evtanaziyanı dekriminallaşdırıb.

Bu arada Çilidə prezident Qabriel Boriç hökuməti Senatda gözlənilən oxşar qanun layihəsini yenidən gündəmə gətirib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights