Urmıyə gölünün yatağında iş görülür

ELAZ.İNFO xəbər verir ki, Urmiyə gölünün yatağında  yük maşınlarının ictimaiyyətə bəlli edilməyən fəaliyyət icra etməsi ictimaiyyətin haqlı  etirazına  səbəb olub. Güney Azərbaycanda iqtisadi-ekoloji həyatının əsasənda mühüm rol otnayan Urmiyə gölü indi cansız səhraya çevrilmişdir.

Görülən işlərin nə səbəblə edildiyi barədə  rəsmilər hələ dəqiq açıqlama verməyib.

Fəalların  və əhalinin söylədiklərinə görə, İran hökumətinin Urmiyə  gölünün dibindəki titan və litium ehtiyatlarını talamaq və Azərbaycan xalqını ölkənin mərkəzi bölgələrinə köç etməyə məcbur etmək üçün məqsədli şəkildə gölü qurutmağa çalışdığını bəyan edirlər.

Emin AZƏRİ Ərdəbil
 

Bizimlə oxuyun
Verified by MonsterInsights