ELAZ.İNFO xəbər verir ki, Urmiyə gölünün quruması və baş verən quraqlıq bölgənin vəhşi təbiətinin məhv olması təhlükəsini artırıb.
Bunu Urmiyə Gölü Milli Parkının başçısı Behzad Şirpəncə deyib.
“Kabudan, Spir, Arzu və Aşk adaları Urmu gölünün ən vacib vəhşi təbiət yaşayış yerləridirlər və bu adaların su ehtiyatlarında və bitki örtüyündəki hər hansı bir dəyişiklik əsas növlərin populyasiyasına birbaşa təsir göstərir”,- o bildirib.
Gölün quruması nəticəsində maralların sayı getdikcə azalaraq 2023-cü ildə 60-a, bu il isə 18-ə düşüb.
Bu ətraf ərazilərdə yaşayan insanların iqtisadiyyatına da mənfi təsir göstərir.
Emin AZƏRİ Ərdəbil