Urmiyə  gölü təhlükə mənbəyidir

ELAZ.İNFO xəbər verir ki, hesablamalara görə, Urmu gölünün qurumuş yatağında təxminən on milyard ton duz var. Göl yatağının təxminən 5500 kvadrat kilometr sahəsi olduğunu nəzərə alsaq daima küləklər və fırtınalar vasitəsilə bu duz kütləsi ətraf bölgələrə yayılacaq.

Bunu sənədli kinorejissor Möhsün Qasid özünün sosial media hesabında yazıb və Urmu gölünün quruması nəticəsində baş verəcək ekoloji fəsadlar barədə xəbərdarlıq edib.

“Duz tozunun havaya sovrulması gölün ətrafındakı şəhər və kəndlərdə dəri, tənəffüs, görmə və hətta müxtəlif növ xərçəng xəstəliklərinin yayılmasına səbəb olacaq. Bu hadisə kənd təsərrüfatı torpaqlarını və bağları da məhv edəcək və uzunmüddətli perspektivdə ölkənin şimal-qərbi səhralaşacaq”,- sənətçi yazıb.

Emin AZƏRİ Ərdəbil

Bizimlə oxuyun
Verified by MonsterInsights