Uralda Yarışda Faciə: 66 yaşlı Veteran Motoyarışçı Vəfat Etdi

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətinin Verhnyaya Pışma şəhərində keçirilən avtomoto-idman yarışları zamanı ağır itki baş verib. Tanınmış motoyarışçı Aleksandr Talıkin məşq yürüşündən dərhal sonra gözlənilmədən dünyasını dəyişib.

Talıkinin tərəfdaşı Yuri Antonovun verdiyi məlumata görə, hadisə məşq dövrələrini tamamladıqdan dərhal sonra baş verib. Antonov o anları belə təsvir edir: Trekdə üç dövrə vurduq, yolu necə daha yaxşı keçə biləcəyimizi müzakirə etdik. O, motosikletin kolyaskasının qanadında oturmuşdu. Mən nəsə soruşmaq üçün üzümü çevirdim, geri dönəndə gördüm ki, Saşka yerdədir. Dərhal kaskasını çıxarıb təcili yardım çağırdım, amma hər şey çox sürətli baş verdi, kömək edə bilmədik.

66 yaşlı Aleksandr Talıkin motokros dünyasında təcrübəli və hörmətli simalardan biri idi. O, xüsusilə kolyaskalı motosikletlərin yarışında peşəkarlığı ilə seçilirdi. Həkimlərin 40 dəqiqəlik reanimasiya cəhdlərinə baxmayaraq, veteran idmançının həyatını xilas etmək mümkün olmayıb. Mərhum idmançının dəfni fevralın 17-də Sredneuralsk şəhərində keçiriləcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights