ELAZ.İNFO xəbər verir ki, ötən gün Kəlbəcərin Vəng kəndi ərazisində Azərbaycan Ordusuna məxsus,”Ural” markalı avtomobildə 5 nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı baş verib.
Hadisə zamanı “Ural”markalı avtomobil tank əleyhinə minaya düşüb. “Unikal” bildirir ki, bu zaman avtomobildə olanlar – 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar.
Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Aydan