Unudulmazlar- Vətən müharibəsi şəhidi Şükür Həmidov

ELAZ.İNFO xəbər verir ki, 1 aprel Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini, Vətən müharibəsi şəhidi Şükür Həmidovun doğum günüdür.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

 Məlumat üçün bildirim ki, Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən “Lələtəpə” strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu.

Onu da bildirək ki, Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Əli İBRAHİMOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights