ELAZ.İNFO xəbər verir ki, 16 dekabr Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əsgərovanın doğum günüdür.
Allah bütün Qəhrəmanlarımıza rəhmət etsin!
Məlumat üçün bildirək ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdur. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.
Əli İBRAHİMOV


