Unudulmazlar- Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Sergey Senyuşkin

ELAZ.İNFO xəbər verir ki, 15 sentyabr Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Sergey Senyuşkinin doğum günüdür.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Məlumat üçün bildirək ki, Sergey Senyuşkinin 15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olmuşdur. 1974-cü il Sızran şəhər orta məktəbini bitirmişdir.

Sergey burada Politexnik İnsitutuna daxil olur, 1975-ci ildən təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirir. 1979-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirir. Sergey Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramını peşəkar səviyyədə öyrənmişdi.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Samara vilayətinin Sızran şəhərində dəfn edilib.

Bakının Xətai rayonunda adına küçə var.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights