Unudulmazlar- Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Valeh Müslümov

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Valeh Müslümovun doğum günüdür.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.

Subay idi.

Müslümov Valeh 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir.

1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights