Universitetlər 3 illik olanda, kolleclərə nə ehtiyac?

ELAZ.İNFO

Son günlər təhsilin optimallaşdırması təklifləri gündəmdədir. ETN bu addımları “təhsilin rasionallaşdırılması” və “əmək bazarının tələblərinə uyğunlaşma” kimi təqdim edir. Lakin bu təşəbbüslərin məntiqi və gözlənilən nəticələri suallar yaradır: Bu rasionallaşdırma nəyə xidmət edir: struktur optimallaşdırmasına yoxsa maliyyə qənaətinə?

Universitetlərimiz 4 il bakalavr, 2 il magistr təhsili verib, keyfiyyətli insan kapitalı yarada bilmədiyi halda, rasionallaşma edib 3 il bakalavr, 1 il magistr təhsili verərək, keyfiyyətli insan kapitalı yarada biləcəkmi?
6 il oxuyub yeni iş yerləri yarada bilməyən məzunlar, 4 il oxumaqla yeni iş yerləri yaradacaqmı?
Məqsəd nədir: keyfiyyətli kadr hazırlamaq, yoxsa maliyyə qınaəti? Təhsilin büdcəsi ilbəil artdığı şəraitdə, bu nə qənaətdir?
Universitetlər 3 illik olanda, kolleclərə nə ehtiyac?
Heç bir elmi əsası olmayan belə “ideya”larla, tərsinə qurulmuş təhsil sistemini islah etmək mümkündürmü?
Belə sistemsiz rasionallaşan universitetlər iqtisadiyyata nə
fayda verəcəkdir?
Bəlkə rasionallaşdırmanı elə ETN və Agentliklərdən başlayaq? TN -də 15 il əvvəl 6-7 nəfərin işlədiyi şöbəni agentlik edib, əməkdaşların sayını 10 qat artırıb, 5 qat artmış təhsil büdcəsi ilə heç bir inkişafa nail olmayan qurumlara nə ehtiyac var?

İlham Əhmədov

Dosent

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights