UNESCO 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan edib

ELAZ.İNFO xəbər verir ki, bu barədə Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qərar qəbul edilib.

Həmin qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub.

Nə üçün məhz 15 dekabr?

Çünki bu tarix, Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının ildönümünə təsadüf edir.

UNESCO-nun bu qərarı doğrudan da mühüm tarixi əhəmiyyəti olan bir qərardır.

Bu qərar həm türk dillərinin və zəngin dil irsinin dünyaya tanıdılması baxımından, həm də qlobal mədəni müxtəlifliyin təşviqi cəhətdən çox önəmlidir.

Ayrıca olaraq Dünya Türk Dilləri Ailəsi Gününün keçirilməsi bütövlükdə Türk dünyası daxilində birliyin güclənməsinə daha da təkan verə bilər.

Bu cür tədbirlərin zaman-zaman keçirilməsinin sonda Ortaq Türkcənin araya-ərsəyə gəlməsinə də xeyri, faydası olar.

Xeyirli-uğurlu olsun!

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights