UNDP-nin Qarabağ bölgəsində həyata keçirdiyi layihə başa çatdı

Elaz.info xəbər verir ki, Bir müddət əvvəl UNDP-nin Qarabağ bölgəsində həyata keçirdiyi layihə başa çatıb.
Bu barədə layihədə psixoloq vəzifəsini icra edən Nüşabə Nağıyevanın fikirləri maraqlıdır.O söyləyir ki”Bir müddət əvvəl UNDP-nin Qarabağ bölgəsində həyata keçirdiyi layihənin başa çatması ilə mənim də bölgədəki fəaliyyətim sona çatdı.

Bu layihə, tam mənasıyla bir komfort zonasından çıxış və həm peşəkar, həm də şəxsi inkişaf üçün böyük bir sınaq idi. Müharibə sonrası bölgə o qədər fərqli, o qədər çətin idi ki, burada işləmək yalnız peşəkar bilik və bacarıqları deyil, eyni zamanda mənəvi dayanıqlıq və dərin empatiya tələb edirdi. İnsanların yaşadığı itkilər və bərpa olunmağa ehtiyacı olan həyat hekayələri məni təkcə psixoloq kimi deyil, insan olaraq da yenidən formalaşdırdı.

Bu layihə mənə göstərdi ki, həqiqi inkişaf yalnız infrastrukturun deyil, insanların daxili dünyasının bərpası ilə mümkündür. Qarabağda qazandığım bu dəyərli təcrübə gələcək fəaliyyətlərimdə daha dərindən anlamağa, daha böyük həssaslıq və ehtiyaca yönəlik yanaşmağa ilham verəcək. Qarabağda keçirdiyim bu 4 illik təcrübə mənim üçün hər zaman xüsusi bir yer tutacaq.”

Bizimlə oxuyun
Verified by MonsterInsights