ELAZ.İNFO xəbər verir ki, son illər respublikada boşanmaların sayında artım müşahidə edilir. Boşanma hallarının artımında qarşıda duran problemlər nədir? Min-bir arzuyla qurulan ailələr niyə dağılır?
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi təfindən yayılan məlumata görə təkcə bu il ölkə ərazisində 3414 boşanma halı qeydə alınıb. Təbii ki, bu Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir. Gedərək artan bu tendensiya xalqda, xüsusilə valideynlərdə narahatlıq, təlatüm yaratmaqdadır. Belə bir çətin zamanda, min-bir əzab-əziyyətlə qurulan, döşənən evlər, alınan cehizlər, ləl-cəvahiratlar, kahkəşanlı, bahalı, göz qamaşdıran nişan, toy mərasimləri, üstəlik bu izdivaclardan dünyaya gələn boynu buruq, ata nisgilli, ana qübarlı körpələr, peşiman olan valideynlər, qohum-qardaşlar, ümidi, gümanı daşa dəyən gənclər nədən bu addımı atırlar?
Niyə gənclər sevinə-sevinə, tələsərək evləndikləri ailə həyatına bir anda -əlvida-deyirlər?
Mövzumuzu növbəti sayımızda müsahibələrlə davam etdirəcəyik….
İlahə BAYINDIR