ELAZ.İNFO xəbər verir ki, aprelin 13-də Xankəndi ultramarafonu müvəffəqiyyətlə sona çatıb. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən bu yarışda kişilər arasında Üzeyir Söylemez (Türkiyə, 13:20:42) birinci yerə çıxıb.
Ömər Alkanoğlu (Türkiyə, 13:40:41) ikinci, Giorgi Lomidze (Gürcüstan, 14:26:54) isə üçüncü yerdə qərarlaşıb.
Ultramarafonun qadınlar qalibləri sırasında yer alan Alyona Şevçenko (15:33:22) Ukraynanı, Hasibə Demir (16:06:34) Türkiyəni, Maria Kolpakova (18:34:17) Rusiyanı təmsil ediblər.
Xankəndi şəhərində qaliblər Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov tərəfindən öncədən təyin edilmiş pul məbləği ilə mükakafatlandırılıblar.
Marafonun yekun mərasimində Mərdan Bandın iştirakı ilə konsert baş tututb.
Nadir HÜSEYNOV