ELAZ.İNFO xəbər verir ki, Amerikanın Ukraynaya silah tədarükü davam edəcək və onların pulunu NATO-nun Avropa tərəfdaşları ödəyəcək.
Bu barədə NATO-nun baş katibi Mark Rutte “Fox News” telekanalına müsahibəsində deyib.
“Yaxşı xəbər odur ki, Prezident Tramp mənim vasitəmlə NATO-dakı avropalı tərəfdaşları ilə razılaşıb ki, NATO-nun Avropadakı tərəfdaşları Amerika silahlarının tədarükü üçün pul ödəsin. Bu, Amerikanın orta sinfi, eləcə də Ukrayna üçün yaxşı xəbərdir, çünki bu, Amerikadan Ukraynaya ölümcül silah axınının davam edəcəyi anlamına gəlir”, – Rutte bildirib.
N .B