ELAZ.İNFO xəbər verir ki, İsveç də Ukraynaya silah əldə etməsinə dəstək verəcək.
İsveçin müdafiə naziri Pal Jonson bildirib ki, “Biz Amerikanın Rusiyaya qarşı sanksiyaları gücləndirmək və Ukraynaya “Patriot” kompleksləri və digər silah sistemlərinin tədarükü üçün yol açmaq qərarını alqışlayırıq. İsveç öz töhfəsini verəcək”, – o, təfərrüatları açıqlamadan əlavə edib.
Donald Tramp Ukraynaya silah tədarükünün artırılması ilə bağlı fikir bildirdikdən sonra İsveç dövləti də bu dəstəyi göstərmək qərarını verib.
Onu da qeyd edək ki,bu dəstəklər artan silsilə ilə davam edir.
Aydan ŞƏRBƏTOVA